Xurmanın tumunu atmayın - İnanılmaz faydaları var


Ramazan ayının gəlməsi ilə bərabər xurma da süfrələrin keçilməz nemətidir. İftarı xurma ilə açanlar, onun faydalarını da bilmək istəyir.

Turkustan.az bu qidanın faydalarını təqdim edir.

Xurmanın faydaları saymaqla bitmir. Bir çox önəmli vitamin, mineral və lif qaynağıdır. 100 qram xurmada 2.5 qram protein, 656 milliqram kalium, 75 qram karbohidrat, 43 milliqram maqnezium mövcuddur.

Bu bitki beyin və sümük sağlamlığını dəstəkləyir, içərisində güclü antioksidantlar var.

Xüsusilə, pəhriz saxlayan və şəkərdən uzaq durmağa çalışanlar üçün xurma ideal bir qidadır.

Şirniyyat kimi yeyilən, şəkər ehtiyacını sağlam şəkildə qarşılayan xurmanın tumu da çox faydalıdır.

Xurmanın tumu qaraciyər və böyrəkləri qoruyur. Bununla yanaşı, bədəndəki bütün toksinləri atır. Eyni zamanda, böyrək daşının düşməsinə də kömək olur. Öd daşının müalicəsi üçün də istifadə olunur.

Bu həm də sızanaq izi, qara nöqtə kimi dəri problemləri yaşayanlar üçün faydalıdır. Bu maskanı hazırlamaq üçün xurma tumunu əzib bal ilə qarışdırın. Daha sonra bir fırça, ya da nəm pambıq ilə dərinizə vurun.

5 dəqiqə keçdikdən sonra ilıq su ilə durulayın. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ