Moskva səması üzərində uçan sirli dairə: Dünyanın müxtəlif yerlərində... – FOTOLAR


Rusiyanın paytaxtı Moskvada səmada qara üzük görənləri heyrətə salıb. Əsrarəngiz üzüyün havada süzüldüyü anlar sosial şəbəkədə ən çox izlənilən görüntülərdən biri olub.

Turkustan.azxəbər verir ki, dünyanın müxtəlif yerlərində görünən və ifrat iddialara səbəb olan sirli qara üzük bu dəfə Rusiya səmasında üzə çıxıb. 12 milyon əhalisi olan Moskvada nəhayət yaranan qara dairənin nədən yarandığı dəqiq məlum deyil.

Rusiya rəsmilərinin fikrincə, hadisəyə bacada yığılmış külli miqdarda hisin havaya atılması səbəb ola bilər. Sözügedən sirli üzük əvvəllər Qazaxıstan, Filippin, Kanada, Almaniya, İngiltərə və ABŞ səmalarında görünüb.

Səlahiyyətlilər müəmmalı hadisəyə qısaqapanma transformatoru və ya havanın çirklənməsi səbəbindən yaranan hüceyrənin səbəb ola biləcəyini deyirlər.

Məlum olub ki, 2008-ci ildə Kaliforniyada görülən qara üzük bir musiqi festivalında baş verən yanğın şousu nəticəsində yaranıb.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ