Zəvvarları daşıyan avtobus yandı: Ölənlər və yaralananlar var – VİDEO


Səudiyyə Ərəbistanında Ümrə zəvvarlarını daşıyan avtobus qəzaya uğrayıb. Məkkəyə gedən avtobus əyləcinin buraxılması nəticəsində Əsir şəhərində körpü ilə toqquşaraq az qala alov aldı. Dəhşətli qəzada 20 nəfər həyatını itirib, 29 nəfər yaralanıb.

Turkustan.azxəbər verir ki, Səudiyyə Ərəbistanına Ümrə ziyarətinə gələnləri daşıyan avtobus qəzaya uğrayıb. Bildirilib ki, Məkkəyə gedən avtobusun əyləcinin boşaldılması nəticəsində Əsir şəhərinin Aqaba Şaar bölgəsində körpüyə çırpılıb və qəzadan sonra avtobus alov topuna çevrilib.

20 ÖLÜ, 29 YARALI

Qəza nəticəsində 20 nəfərin öldüyü, 29 nəfərin yaralandığı açıqlanıb. Hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürənlərin göndərildiyi, yaralıların ətraf xəstəxanalara aparıldığı bildirilib.

Yerli mənbələr qəzaya uğrayan avtobusda Yəməndən olan Ümrə ziyarətçilərinin olduğunu bildirib.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ