İran PUA-larına divan tutdular – Paytaxt ətrafında məhv edildi


Ukrayna müdafiə qüvvələri gecə saatlarında Rusiya tərəfindən buraxılan 15 ədəd "Şahid" (İran istehsalı) hücum pilotsuz təyyarəsindən 14-nü məhv ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Düşmən gecə saatlarında hava zərbələri üçün "Şahid-136" tipli 15 hücum PUA-sından istifadə edib. Onlardan 14-ü müdafiəçilərimiz tərəfindən məhv edilib", - məlumatda deyilir.

Eyni zamanda, ötən gün ərzində rus ordusu Ukraynaya 24 hava və 12 raket zərbəsi endirib.

Ayrıca, Baş Qərargah Kiyev ətrafında 10 İran istehsalı PUA-nın aşkar olunaraq, məhv edildiyini açıqlayıb. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ