Tutuquşu ifadə verdi - Cinayətkar ömürlük həbs edildi


Hindistanda məhkəmə tutuquşunun ifadəsi əsasında iki kişini ömürlük həbs cəzasına məhkum edib.

Turkustan.az xəbər verir ki, bu barədə "India Today" nəşri yazıb.

Məlumata görə, cinayət 2014-cü ildə Aqra şəhərində törədilib. Həmin vaxt yerli qəzetin baş redaktoru Vicay Şarma oğlu və qızı ilə qonşu şəhərə toya gedib, arvadı evdə qalıb. Qayıdanda görüblər ki, ev qarət olunub, qadın və evdəki it öldürülüb. Evdə yaşayan tutuquşu yemək və içməkdən imtina etməyə başlayıb, bununla əlaqədar Vicay Şarma quşun qətlin şahidi ola biləcəyindən şübhələnib.

Şarma cinayət törədə biləcəyi ehtimal olunan şəxslərin adlarını sadalamağa başlayıb. O, qardaşı oğlunun adını çəkəndə quş qışqıraraq qəfəsdə tullanmağa başlayıb. Tutuquşunun belə reaksiyası polisin diqqətini çəkib və tezliklə şübhəli şəxsi həbs edib. Vijay Sharmanın qardaşı oğlu etiraf edib ki, o, dostu ilə birlikdə qətli törədib. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ