İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırdı


İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" hesabında məlumat yayılıb.

Səfirliyin fəaliyyətini dayandırmasına səbəb İsrialdə davam edən etiraz aksiyalarıdır.

Qeyd edək ki, İsrailin Histadrut həmkarlar ittifaqı ölkənin xaricdəki diplomatik missiyalarını etirazlara qoşulmağa çağırıb. ABŞ və Gürcüstan daxil olmaqla bir neçə ölkədəki səfirlik çağırışa cavab verib.

Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ