Putinin ən sevimli polkovniki məhv edildi


Ukrayna Rusiya ilə müharibədə fəal rol oynayan Rusiya ordusunun 247-ci Hava Hücum Alayının 2-ci batalyon komandiri polkovnik-leytenant Dmitri Lissitskinin Stavropol şəhərindəki evində ölü tapıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, məlumata görə, o, Ukrayna kəşfiyyatının xüsusi əməliyyatı nəticəsində öldürülüb.

Lissitzkinin ölümü ilə bağlı əlavə məlumat verilməsə də, Rusiya mənbələri də komandirin ölümünü təsdiqləyib.

Qeyd edək ki, Lissitzki Rusiya Prezidenti Vladimir Putin tərəfindən xüsusi tapşırıqla müharibə bölgəsində xidmət etmək üçün təyin olunmuşdu. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ