"WhatsApp" istifadəçilərinin çoxdandır gözlədiyi özəllik gəlir - Mesajlarınızı...


"WhatsApp" ani mesajlaşma proqramına əlavə olunacaq yeni funksiya sayəsində istifadəçilər mühüm mesajlardan xəbərdar olacaqlar.

Yeni funksiya sayəsində siz vacib mesajları sancaqlaya biləcəksiniz.

Yeni özəlliklə mesajı basıb saxlamaq "Pin" seçimini gətirəcək. Beləliklə, sözügedən mesaj söhbətə bağlanacaq. Bu proseslə mesajların üzərində sancaq işarəsi olacaq.

Hazırda işlənmə mərhələsində olan funksiyasının istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi hələlik məlum deyil. /Azxeber.com/


MANŞET XƏBƏRLƏRİ