Ermənilərin Türkiyə himnini fitə basması… - VİDEO


Dünən İrəvanda keçirilən Türkiyə-Ermənistan milli komandalarının matçı başlayarkən Türkiyə himnini erməni azarkeşlərin fitə basması ciddi etirazlara səbəb olub.

Turkustan.az xəbər verir ki, Türkiyənin məşhur futbol yazarı Əbdülkərim Durmaz Bəyaz TV-də yayımlanan "Dərin Futbol" proqramında erməni azarkeşlərin Türkiyə himnini təhqir etməsini sərt şəkildə tənqid edərək, bunun cavabsız qalmayacağını vurğulayıb.

"O Ermənistan himninin tək notu belə eşidilməyəcək. Mən o matçda belə bir azarkeş istəyirəm. Ermənistanda bayrağımıza, himnimizə qarşı edilən tərbiyəsizliyə burada artıqlaması ilə cavab verilməlidir", - yazar bildirib.

/axar.az/


MANŞET XƏBƏRLƏRİ