Öldü, DİRİLDİ: Dediyi sözlər hər kəsi HEYRƏTLƏNDİRDİ - FOTO


İngiltərədə Kevin adlı şəxs xəstəxanada infarkt keçirib. Bir müddət texniki olaraq ölən şəxs həkimlər sayəsində həyata dönüb. İnsanın dirildikdən sonra dedikləri dünyada səs salıb.

İngiltərənin Derbi bölgəsində yaşayan Kevin Hill adlı şəxs ötən il səhhətində yaranan bəzi problemlərə görə həkimə müraciət edib. Nadir bir xəstəlik nəticəsində dərisi şişib qanayan Kevinin başına gələnlər dünyada gündəm olub.

Sözügedən hadisədə 55 yaşlı Kevin müalicəsi üçün əməliyyat olunmasına qərar verilsə də, əməliyyat otağında kişinin ürəyi dayanıb. Həkimlər tərəfindən reaktiv sürətdə müdaxilə edilən Kevin həyata qaytarılıb. Kalsifilaksiya xəstəsi olan Kevinin dirildikdən sonra söylədiyi sözlər gözləri diksindirib.

Kevin iddia edib ki, o, ölərkən "dinc ruhlar aləmi" adlandırdığı yerə gedib. Ruhunun ölü bədəninin yanında olduğunu iddia edən Kevin bunları deyib:

"Mən bədənimə yuxarıdan aşağı baxmırdım, amma bədənimdən ayrı idim. Sanki ruhlar aləmində idim, baş verənlərdən xəbərdar idim, amma çox dinc idim. Həkimlərin mənə müdaxilə etdiyini görürdüm.

Açıqlamalarının davamında öldüyünü bir müddət sonra anladığını bildirən Kevin, keçmişdə fiziki ağrılara daha davamlı olduğunu ifadə edib. Həyata qayıtmasını qəribə təcrübə olaraq görən Kevin, ayaqlarındakı ağrıların hələ də davam etdiyini, ancaq sağalma mərhələsində olduğunu paylaşıb.

Öldükten sonra dirildi Söylediği sözler tüyler ürpertti

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ