"Kimsən axı? Kənddə "Zaporojets" sürürdün də…" – Həmkarından Manaf Ağayevə SƏRT SÖZLƏR


Müğənni Manaf Ağayevin efirdə "Mən Manafam, "07", "06" sürüm? Onlara da minmişəm, indi müğənniyəm, yaxşı maşınım olmalıdır" – deməsi cəmiyyətin sərt reaksiyasına səbəb oldu.

Mövzu ilə bağlı danışan müğənni Əli Mirəliyev həmkarının bu açıqlamasını düzgün hesab etməyib:

"Müğənni kimdir ki? Onu xalq dolandırır. Sən xalqa şişirdilmiş qiymətlər deyib toya getsən, Allah da burnundan gətirər. İndi o pulları verən yoxdur, amma başlarında o hava qalıb ki, bir ətək pul verib toylara çağıracaqlar, bunlar da 07, 06 sürməyəcəklər. Siz elə "Zaporojets" sürmüşünüz də, guya kənddə nə sürmüşünüz ki?! Sən iş adamı, məmur, İcra başçısı, Prezident deyilsən. Kimsən axı? Müğənnisən, toylara gedib oxuyursan, toy olmasa, acından ölənin birisən! Ona görə adam heç vaxt çaşmaz, qudurmaz! Ümumiyyətlə, bu sözüm təkcə Manaf Ağayevə yox, bütün müğənnilərə aiddir. İstər Aygün Kazımova olsun, istər Nadir Qafarzadə, istərsə Vasif Məhərrəmli…" /azerbaycanrealligi.com/


MANŞET XƏBƏRLƏRİ