Adı Xəzan, özü bahar nəfəsli, ana şəfqətli ilk müəlliməmiz...


Bu günlərdə mətbuatda Aqil Abbasın "Direktor" başlıqlı olduqca ciddi bir yazısını oxudum. İllər öncə "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz"deyən Aqil Abbas nə dərəcədə milli yanğı ilə vətəndaş yazıçı mövqeyini ortaya qoymuşdusa,eyni həssaslıqla ədibin bu yazısında da vətəndaş ziyalı, pedaqoq mövqeyini müşahidə etdim: "Yaponlar bizim kimi aş bişirə bilməsə də, elmi-texniki inkişafda dünyanın yiyəsidirlər.Onları dünyanın yiyəsieləyən məktəblərdi, müəllimlərdi".

Aqil Abbasın bu dəyərli qənaətiHüseyn Cavidin 100 il bundan əvvəlyazdığı "Naxçıvana nə lazımdır?" məqaləsini yaddaşımda sətir – sətircanlandırdı:

"Bir millətin tərəqqi vətədənnisini bilmək üçün millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərinigörmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcanasalan Yaponiyanın bütün tərəqqiyati – ciddiyyətləri həp ibtidai məktəblər sayəsindədir.Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün "ən doğru meyar, ən kəsdirmə yol" kimi qiymətləndirən Cavid rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon ibtidai məktəb müəllimlərinin yapon vətənpərvərləri yetişdirmə bacarığında görürdü. Bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharəti, öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi.Cavid filosof – şair, dramaturq olmaqla yanaşı, həm də böyük müəllim idi, uzunmüddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə millətin əhval – ruhiyyəsinininikası kimi baxırdı.

"Həsb – hal" məqaləsində yazırdı ki, "bu gün məktəbimizvə ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır". Bu günün məktəbimütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə öz təsirini göstərəcəkdir.

Bəli, tərəqqinin – yüksəlişincığırı sözün bütün mənalarında məktəbdən keçir. Məktəb müəllimindən tutmuşkitabınacan ona aid olan bütün nəsnələriylə müqəddəs bir ocaqdır.

Krımdakeçirilən bir beynəlxalq elmi konfransa dəvət olunmuşdum. Bağçasarayı ziyarət edərkən Bağçasaray yaxınlığında bir mədrəsə gördüm, adına "Zəncirlənmiş məbəd" deyirlər, məbədə girəndə mütləq başını əyməlisən, yoxsa qapının yuxarısından asılmış zəncir adamın alnının ortasından zərblə dəyə bilər. Bələdçisi deyirdi ki, bura əvvəllər mədrəsə olub, gənclər təlim almaq üçün bu müqəddəs məkana gəlirlərmiş. Elm ocağına isə girəndə ona hörmət – ehtiram əlaməti olaraq mütləq başını əymək, təzim eləmək lazımdır.Məbədin girəcəyində asılmış zəncirlər məhzsimvolik olaraq buna işarədir.

Məktəb cəmiyyətin mənəvibarometri, mənəviyyat aynasıdır. Cəmiyyətin sağlamlığı və ya ondakı mənəviçatışmazlıqlar da məktəbdən qaynaqlanır.

Əslində, bütün millidüşüncəli aydınlarımız - Mehmet Akif Ersoy, Namiq Kamal, Əbdülhaq Hamid, KamalTahir, Ömər Seyfəddin, Çokan Vəlixanov, İbray Altınsari, Abay Kunanbayev, OljasSuleymenov, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir,Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və adını çəkə bilmədiyim maarifçiziyalılarımızın hamısı məhz bunun üçün çarpışırdılar ki, bu gün məktəblərimizdəkörpə fidanlar boy verib çiçəkləsin, ordan bahar ətri gəlsin.

Bizim böyük ziyalılarımızhəm də işıqlı müəllimlər olublar və Müəllim adı, peşə vicdanı bizlərdən ötrü həmişəbütün adlardan, mərtəbələrdən uca olub. Müəllimlərimizin yetirmələrindən ötrüetdikləri isə həm də millətin sabahı üçün özlərini fəda etməyə bərabər olub...

Açıklama yok.

Mən bu il bahar ətri verən, çiçək qoxulu bir məktəb tanıdım dəyərli Xəzan xanım Yusifova sayəsində... Masazır 5 nömrəli orta məktəbin nəzdində "Məktəbəqədər ibtidai təhsil"in bir pilləsi olaraq yaradılan İcma qrupu ilə tanış olanda ilk gündən Xəzan Müəllimədə müşahidə etdiklərimə, gördüklərimə heyranlığımı gizlədə bilmədim. Bir saatlığına da olsa, doğmalarıma belə əmanət edə bilmədiyim 3 yaşlı qızım Nərgizi elə ilk gördüyüm gündən gözüyumulu bir güvən hissi ilə, dərin bir könül rahatlığlı ilə Xəzan müəlliməyə əmanət edə bildim. Və Xəzan müəlliməni tanıdığım müddət ərzində müşahidələrim bütün qəlbimlə mənə bunu deməyə əsas verdi ki, insanın içində işıq varsa, o işıq təkcə onun yaşadığı evi, öz ailəsini, qan bağı olan insanların həyatını deyil, həm də can bağı olan yetirmələrinin – təlim etdiyi çoçuqların içini aydınlandırır. Sanki o işıq təkcə Xəzan müəllimənin içində deyil, Xəzan müəllimə təpədən-dırnağa ilahi nurla süslənmiş o İşığın özüdür...

Açıklama yok.

Bir ananın evdə böyütdüyü iki uşağın güclə öhdəsindən gələ bildiyi halda, bir müəllimənin eyni vaxtda o qədər şagirdi eyni nəvazişlə,eyni şəfqətlə təlim – tərbiyə etməsi nə qədər ağır işdir, bilirsinizmi?!Hələbütün bunlarısonsuz sevgiylə, mərhəmətlə, həzin toxunuşlarla, xüsusi metodlarlaməharətlə bacarırsa, onasadəcə"Əhsən!" deyə bilirsən.Mən Xəzan xanımın övladlarımıza necə Ana şəfqətiylə, Ana sevgisiylə bağlılığını, qayğısını, nəvazişini gördükcə onun böyük ürəyini ayaqüstə alqışladım. Belə örnək insanlar xəlq etdiyi üçün Tanrıya öz qəlbimdə nəhayətsiz şükranlıq etdim...

Açıklama yok.

Pedaqoji prosesi dərindən bildiyimdən və uzun müddətali məktəbdətədrisprosesində çalışdığımdan dolayı məhz bu günorta məktəblərimizdəmüəllimlərimizin gördüyüişi, zəhməti şişirtmədən, mübaliğəsiz, sözün həqiqi mənasında, qəhrəmanlıq –böyük fədakarlıq hesab edirəm.Hər birinizə Eşq olsun!

***

İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü bənzərsiz bir təcrübə, əvəzsiz bir nümunə olur - insanlıq, fədakarlıq, saflıq, səmimilik və ləyaqət nümunəsi... Xəzan xanım Yusifova məhz o insanlardandır... Üzünün nuru sözlərinə tökülən, qəlbinin paklığı təbəssümlü çöhrəsinə yansıyan, zəka və zəhmətkeşliyin, bilgi, sevgi, xoşgörü, əsalət və nəcibliyin, ülviyyətin simvolu olan həssas xarakterli, zərif davranışlı, bütün valideynlərin qəlbində uca yeri olan fədakar, böyük ürəkli xanım...

Açıklama yok.

Sağlam toplum o zaman formalaşır ki, o toplumu bina edən insanların ruhu və düşüncəsi sağlam olsun.Körpələrimizin sağlıqlı və təfəkkürlü böyüməsi üçün yorulmaz əməyi olanların ən öndə gedənidirXəzan Xanım. Zərif çiyinlərini cəmiyyətimiz üçün mənəvi sütuna çevirən, toplumun sağlam bir şəkildə ayaqüstə dayanması üçün əlindən gələni əsirgəməyənlərdəndi...

Bu qədər gənc yaşındacəmiyyətimizə son dərəcə faydalı olmağı və gördüyü bütün işlərin öhdəsindən gözəl gəlməyi bacaran, gəncliyində müdrikləşən Xəzan xanım kimi insanlarımızın varlığı bizlərüçünhəm dəən gözəl örnəkdir,övladlarımızın bənzəməli olduğuən doğru nümunədir– zəhmətkeşlik, vicdan, ləyaqət,

dürüstlük, sadəlik, səmimilik, təvazökarlıq, ziyalılıq və ən əsası İNSANLIQ nümunəsi…

Açıklama yok.

Etiraf edim ki, mənXəzanxanımı dinləməklə bir valideyn kimi bilmədiklərimi öyrənmiş və onunpedaqoq kimi doğru yöntəmləri iləhəmişə özümü tərbiyə etməyə çalışmışam.

Böyük maarifçi Həsən bəy Zərdabi yazırdı ki, "Maarifdən və ziyalıdan uzaq bir xalq işıqdan məhrumdur"

Nə mutlu bizə ki,Xəzanxanım kimigəncziyalılarımızın daxili dünyasının işığı hesabına qaranlığımız aydınlanır.Xəzanxanım fərd olaraq sadəcə həyatına toxunduğu hər bir uşağın deyil, bütövlükdə cəmiyyətimizin sağlam təfəkkürlü gələcəyi üçün nəhayətsiz çaba göstərməkdədir.

Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada,Xəzan xanım şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.

Nə mutlu bizə ki, tövsiyələrindən, söhbətlərindən faydalandığımız, sözündən, hətta sərgilədiyi duruşundan belə xanımlıq, xatunluq, əzəmət öyrəndiyimizXəzan xanım var həyatımızda. Nə yaxşı ki Var!...

Açıklama yok.

Xəzan Xanım Yusifova... nəhayətsiz sevgimizin və təşəkkürlərimizin ünvanı...

Özü ən ləyaqətli örnək olmaqla, valideyn kimi bizlərə ayna tutan, yavrularımıza olan münasibətimizi və düşüncəmizi formalaşdıran, övladlarımızın mənəvi dünyasını inşa edən, möcüzəli toxunuşuylabalalarımızın mənəvi dünyasını inşa edənMemar...

Sadəliyin və səmimiyyətin böyüklüyünü öz şəxsində bütövləşdirən uca ürəkli Adam...

Ülfət zamanı böyüklə böyük olan, uşaqla uşaqlaşan qayğıkeş Adam...

Çiynini cəmiyyətimiz üçün mənəvi sütun edən, qarşılaşdığı xarakterlərdəki naqislikləri, kələ-kötürləri rəndə kimi hamarlayan, sağlam bir nəsil yetişdirmək üçün yorulmaq bilmədən çalışan fədakar Adam...

Açıklama yok.

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir...Xəzan xanım Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir. Yorulmaq bilmədən, usanmadan, bezikmədən, hər cür ərköyünlüklərindən incinmədən pərvanə kimi dolanır övladlarımızın başına... həm də dopdoğma Ana nəfəsi ilə... öz doğma yavrusu kimi, öz can parçası kimi... Kaş ki, bizim balalarımız hər şeydə bizlərdən çox Ona bənzəsin!

Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi,ki bunu da hamı bacarmır... Hər kəsin sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə çox böyük ucalıqdasınız,Xəzan xanım!Siz bizim ilk görüşümüzdən gözüyumulu güvənimizi qazanmış nadir insanlardansınız!

Açıklama yok.

Bucəmiyyətin mənəvi sütunu hələ də dağılmayıbsa, bu, Sizinkimi fədakar müəllimlərimizinsayənizdədir. Öyrətmənsadəcə elm öyrədən deyil, uşaqların xarakterindəki naqislikləri tərbiyə edə -edə, rəndə kimi cəmiyyətin kələ - kötürlüklərini hamarlayandır. ÖyrətmənAydındır - Günəş kimi yetirmələrinin yolunu və düşüncəsini aydınladandır...

Açıklama yok.

İllər öncə Yəmən məktəblərininbirində çəkilmiş bir foto uzun müddət yaddaşımdan iz qoymuşdu: Şəkildə təsvirolunur ki, məlum bombardman nəticəsində sinif otağının arxa divarında yumru birdəlik yaranıb. Gənc bir müəllimə sarı – qızılı rəngli qələmlə o bomba dəliyininətrafını Günəş şüaları kimi xətləyib. Şagirdlər hər geriyə dönüb baxdığındabombalanmış divarı yox, o bombalanmış yerdən içəri düşən Günəşi görürlər. Bəli,Müəllim dediyin bomba dəliyini Günəş yapan Bilgə İnsandır...

Siz bizim qəlbimizdə həmin o Bilgə İnsansınız, Xəzan Müəllimə!

İnsan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan daha çətin və şərəfli peşə yoxdur!

Açıklama yok.

Sizin bu böyüklüyünüz və ülviyyətiniz qarşısında baş əyirəm, dəyərlimXəzan xanım! Əllərinizdən öpürəm!Ünvanınıza söylənən bütün xoş kəlmələr öz halal zəhmətinizin bəhrəsi, Ana südü kimi halal haqqınızdır. Uca Tanrı nurlu çöhrənizdə təbəssüm mənbəyi olan səbəbləri Sizə, Sizin varlığınızı isə millətimizədoyunca versin! Sizə yorulmaz fəaliyyətinizdə bol-bol başarılar diləyirəm.

İçimdə bir ümman qədərsevgi olsa da, mən Sizə sadəcə bir köşə yazısı böyüklükdə təşəkkür edə bilirəm,Əziz Müəllimə!

Xəyalə Zərrabqızı

Filologiya üzrə fəlsəfə doktoru

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ