Bu məşhurlar əlifbanın son hərfini bilmədi - VİDEO


"MTV maqazin" verilişi məşhurlar arasında sorğu keçirib.

Turkustan.az xəbər verir ki, şou əhlindən "Əlifbanın sonuncu hərfi hansıdır?", - deyə, soruşulub.

Maraqlısı isə odur ki, məşhurların əksəriyyəti bu suala cavab verməkdə çətinlik çəkib.

Belə ki, rəqqasə Fatimə Fətəliyeva, müğənnilər Kərim Abasov, Əkbər Əliyev, Şəbnəm Tovuzlu, Manaf Ağayev və Səidə Sultan cavabı bilməyib.

Aparıcı Elgiz Əkbər isə bu sualın ona ünvanlanmasını ayıb hesab edib. (Olay)


MANŞET XƏBƏRLƏRİ