GİZLİ FAVORİT - "İncə"


Türkiyədə seçkilərə sayılı aylar qaldığı bir müddətdə artıq partiyalar prezidentliyə namizədlərini açıqlayırlar.

Türkiyə Cümhuriyyəti 13-cü prezidentini seçmək üçün may ayının 14-ü sandıq başına yığışacaqlar.

Hər kəs rəqabətin hal-hazırda ki, Prezident Rəcəb Tayyib Ərdoğan və "altılı masa"nın namizədi olan CHP-nin sədri Kemal Kılıçdaroğlu arasında keçəcəyin gözləyir.

Lakin bir namizəd daha var ki, iki namizədin də səslərində dəyişiklik edəcək kimi görünür.

Bu Memleket Partiyasının sədri Muharrem İncədir.

İncə 2018-ci ildə də CHP-də olarkən namizədliyini irəli sürmüş lakin ikinci turda Ərdoğana məğlub olmuşdur.

Məğlub olduqdan sonra CHP-dən ayrılan İncə partiyanın və partiya sədri Kılıçdaroğlunun ona dəstək verməməsi, və ona sahib çıxmadığı üçün seçkilərdə məğlub olduğunu söyləyib.

CHP-nin sədrliyi üçün də namizədliyini irəli sürən İncə Kılıçdaroğlunun da namizəd olduğu seçkidə məğlub olub.

İncənin CHP-dən ayrılmağına səbəblərdən biri də CHP-nin Musatafa Kemal Atatürkün qurduğu partiyada ermənipərəstlərin olması, 44 günlük müharibə zamanı Azərbaycana edilən yardımın bəzi CHP-li millət vəkilləri tərəfindən qınanması, Atatürkü sevməmələri və Kılıçdaroğlunun vətən deyil, şan-şöhrət üçün partiyanın başında olduğu üçün partiyadan istefa etmişdir.

Seçkilərdən sonra bir müddət yoxa çıxan İncə hər kəsin marağına səbəb olmuşdur. Sonradan ortaya çıxan İncə öz partiyasını quraraq siyasi karyerasına davam etməkdədir.

Muharrem İncənin bu seçkilərdə namizəd olması gözlənir. İncənin xüsusən gənc nəslə yəni türklərin deyimi ilə "Z kuşağına" - yəni 2000-lərdən sonra olan arasında sevilməsi diqqət çəkib.

Türkiyədə 6 fevralda baş verən dəhşətli zəlzələni çıxdığı televiziya verlişində öncədən söyləyən İncə xalq tərəfindən güvən qazanıb.

İncə açıqlamasın da "prezident olsam Azərbaycana dəstəyimi sürdürməyə davam edəcəm" sözləri İncənin də, Ərdoğan kimi Azərbaycana dəstəyini əsrgəməyəcəyini göstərir.

İncənin gələcəyə dair proqnozları prezident seçildikdən sonra edəcəyi işlər xalq tərəfindən təqdir toplamağa başlayır. Heç bir dövlət dəstəyi almadan partiyasını ayaqda tutan İncə zəlzələ bölgəsinə ilk gedən partiya sədrlərindən biri oldu.

Millətçi və Atatürkçü düşüncəsi həm sağ kəsimi həm də, sol kəsimi İncəyə diqqət etməyə vadar edir.

"Altılı masa"nın dağılacağını daha əvvəlcədən söyləyən İncə dediyi kimi də, oldu Kılıçdaroğlu namizəd oldu Mera Akşener masadan ayrıldı.

Və bu nəticələr onu göstərir ki, İncə seçkilərin gizli favoritidir. Gənc nəslin İncəni sevməsi, güvənməsi və həm AKP həm, CHP-dəndə İncəni sevənlərin olması İncənin Kemal Kılıçdaroğlundan daha çox şansının olduğunu göstərir.

Və İncə seçkilərin ilk turundan keçərsə, ikinci tura Kılıçdaroğlu deyil də İncə qalarsa "altılı masa"nın İncəyi dəstəkləyəcəklərini düşünürəm.

Yenə də ən əsas qərar Türk millətinindir!

Açıklama yok.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ