Bu halda yaxalandı - VİDEO/FOTOLAR

Dünyanın ən məşhur cinayətkarı El Chapo Guzman Meksikada tutulduqdan sonra bu dəfə Kolumbiyadan gələn xəbərlər bütün dünyaya yayıldı.

Turkustan.azxəbər verir ki, Pablo Escobardan sonra Kolumbiyada narkotik kartellərinə ən böyük zərbə - Otoniel kimi tanınan Dairo Antonio Usuga bir şəhərdə tutuldu.

Ordu birlikləri, hava qüvvələri və polis qrupları Kolumbiyanın ən çox axtarılan adamı Otonieli tutmaq üçün Necocli qəsəbəsində birgə əməliyyat keçirdi.

Osiris adlanan əməliyyatın ünvanı, Panama ilə sərhədə yaxın bir Kolumbiyanın Antioquia əyaləti idi. Onun hədəfi bütün Kolumbiyanı qorxudan titrədən Clan del Golfo kartelinin başçısı Otoniel idi.

2012-ci ildə qətlə yetirilən qardaşı Juan de Diosun yerinə keçən və Clan Del Golfo-nu idarə etməyə başlayan Otoniel kənd yerlərində telefondan və təhlükəsiz evlərdən istifadə etməməsi ilə tanınırdı.

El Tiempo qəzeti xəbər verir ki, 22 helikopterlə dəstəklənən və 500 xüsusi təyinatlı əsgərin qatıldığı əməliyyatdan iki həftə əvvəl səlahiyyətlilər Otonielin yerini təyin etdilər.

Qəzetin xəbərinə görə, ABŞ və İngiltərə agentləri də axtarışa dəstək verdilər, kartel liderinin hərəkətlərini peyklər izlədi və 50 -dən çox siqnal istifadə edildi.

Yerli mətbuat da Necocli yaxınlığındakı gizli bir evə basqın zamanı qarşıdurmaların baş verdiyini və silah səslərinin çıxdığını bildirir. Əməliyyatda bir polis öldürüldü.

Dünyanın ən məşhur cinayətkarı El Chapo Guzman Meksikada tutulduqdan sonra bu dəfə Kolumbiyadan gələn xəbərlər bütün dünyaya yayıldı.

Pablo Escobardan sonra Kolumbiyada narkotik kartellərinə ən böyük zərbə, Otoniel kimi tanınan Dairo Antonio Usuga bir şəhərdə tutuldu.