"Beşiktaş" yoldaşlıq oyunu üçün Azərbaycana gəlir


Türkiyənin "Beşiktaş" klubu zəlzələ qurbanlarına dəstək məqsədilə Almaniya və Azərbaycanda yoldaşlıq oyunları keçirəcək.

Turkustan.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.

Bildirilib ki, "Qara qartal"lar ilk oyunu milli komandalara görə verilən fasilədə keçirməyi planlaşdırır.

Almaniyanın "Borussiya" (Mönxenqladbax) və "Leyptsiq" klubları ilə danışıqlar aparıldığı bildirilir.

Digər oyun Azərbaycanda oynanılacaq. İstanbul təmsilçisinin hansı klubumuzla oynayacağı barədə məlumat verilməyib. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ