"Fənərbaxça" azarkeşlərinə qoyulan qadağa ləğv olundu


Kayseri İkinci İnzibati Məhkəməsi "Kayserispor"-"Fənərbaxça" matçı üçün qonaq azarkeşlərlə bağlı qadağanın icrasının dayandırılmasına qərar verib.

Turkustan.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, beləliklə, martın 4-ü şənbə günü keçiriləcək "Super Liqa" matçında "Fənərbaxça" azarkeşləri səfər tribunalarında yerlərini ala biləcəklər.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlər səbəbiylə liqaya verilən fasilə ötən həftə sonu başa çatıb.

Təxirə salınmış "Fənərbaxça" - "Konyaspor" və "Beşiktaş" - "Antalyaspor" matçları oynanılıb. Fənərbaxça və Beşiktaş tərəfdarları iki gün dalbadal baş tutan görüşlərdə "hökumət istefa" şüarları səsləndiriblər. Bu şüarlardan sonra "Beşiktaş"ın öz meydanında oynayacağı matçda "Ankaragücü" tərəfdarlarına və səfərdəki oyunda "Fənərbaxça" tərəfdarlarına və matça giriş qadağası qoyulub. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ