Özbəkistan Baş prokuroru: "Prezident seçkilərindən bir dənə də şikayət olmayıb"


"Bazar günü yerli vaxtla saat 15: 00–a qədər Baş Prokurorluğa Özbəkistanda prezident seçkiləri zamanı seçki qanunvericiliyinin pozulması ilə bağlı hər hansı şikayətlər daxil olmayıb".

Bunu Özbəkistanın Baş prokuror Nemətulla Yuldaşev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu cür müraciət daxil olarsa, xüsusi nəzarətə götürüləcək və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək (APA).


MANŞET XƏBƏRLƏRİ