Alimlər qorxuda: Kosmosdan gələn sirli siqnal - VİDEO


Yaponiyalı alimlər bir ay əvvəl kosmosdakı sirli siqnalı yenidən müşahidə ediblər. Hər kəs 4 saniyə ərzində müşahidə edilən siqnalın nə olduğu ilə maraqlanır.

Turkustan.azMusavat.com-a istinadən xəbər verir ki, siqnalın yadplanetlilərə məxsus olması ehtimalı insanları qorxutmağa başlayıb.

Kyoto Universitetindən Ko Arimatsunun rəhbərlik etdiyi bir qrup oktyabrın 15-də Yupiterin üzərində təxminən dörd saniyə ərzində görünən sirli parlaq işığın görüntülərini yayımlayıb.

Yupiterin şimal mülayim qurşağının cənub kənarına yaxın şimal tropik bölgəsində görünən parlaq işığın son bir ildə müəyyən fasilələrlə doqquz dəfə müşahidə edildiyi bildirilib.

"Biz tarixdə ilk dəfə olaraq oktyabrın 15-də saat 22:24-də kiçik bir obyektin Yupiterin səthi ilə toqquşması zamanı işığın parıldamasını müşahidə edə bildik", - deyə tədqiqatçılar Tvitter-də yazıblar.

İşıq şüası haqqında məlumatlar ilk dəfə "Sky and Telescope" tərəfindən açıqlanıb.

Hər il onlarla, bəlkə də yüzlərlə asteroid Yupiterin səthinə düşür. Çünki nəhəng planet bu cür obyektlərin Yerə dəyməsinin qarşısını almaq üçün maneə rolunu oynayır.


MANŞET XƏBƏRLƏRİ