Farsca danışdığı üçün yumruq yeyən valini Türkiyə... İLGİNC FAKT - VİDEO


Xəbər verdiyimiz kimi Təbriz Şəhər Valilik binasında şəhərə yeni vali təyin edilən Xürrem Rezevi səhnəyə qalxan bir şəxs tərəfindən hücuma məruz qalıb.

Məlumata görə, Xürrem Rezeviniyə şillə vuran şəxs bu etirazı onunla əlaqələndirib ki, Təbrizdə fars dilində çıxış təbrizlilərə təhqirdi.

Məlumata görə farsca danışan valiyə yumruq atan şəxs heç də kiçik adam olmayıb. Həmin şəxs İran-İraq müharibəsi zamanı yalnız Azərbaycan türklərindən təşkil olunmuş, müharibənin taleyini dəyişmiş, habelə İraq ordusunun ən çox çəkindiyi "Ləşkəre Aşura", yəni "Aşura Ordusu"nun polkovnikidir.

Turkustan.azxəbər verir ki, yeni vali ilə bağlı məlumat isə ondan ibarətdir ki, 2012-ci ildə Xamineyinin əmri ilə general rütbəsi alıb. Suriyada başlaya daxili müharibə zamanı Əsəd güclərinə dəstək üçün bu ölkəyə göndərilib. O, Suriyada müxalif qüvvələrə əsir düşüb. Türkiyə İnsani Yardım Vakfının vasitəçiliyi ilə əsirlikdən buraxılıb. yeni prezident Rəisini gəlişi ilə 17 oktyabr 2021-ci il tarixdə Təbrizə vali təyin olunub. Təbrizli deyil.

Eltac


MANŞET XƏBƏRLƏRİ