Zəlzələ nəticəsində zərər çəkmiş tarix və mədəniyyət nümunələri hansı muzeydə qorunacaq?


Zəlzələnin böyük dağıntılara məruz qaldığı Hatayda müxtəlif muzeylərdən tapılan sənət nümunələri bərpaçılar və arxeoloqların müşayiəti ilə Hatay Arxeologiya Muzeyində toplanılıb.

Türküstan.azxəbər verir ki, muzeyin direktoru Ayşə Ersoy bu barədə açıqlamasında məlumat verib.

Ayşə Ərsoyun sözlərinə görə, muzeydə dağıntıların olmasına baxmayaraq, heç bir əsərlərə və mozaika nümunələrinə zərər dəyməyib. 3763 sənət əsərləri təhlükəsiz şəkildə götürülüb daşınılıb. Kral Suppiluliuma heykəli postamenti ilə birlikdə, eləcə də Antakya sarkofaqı və Skelet mozaika salonu olduğu kimi qalıb. Muzeyin bağçasında qurulan çadırlarda bəzi əsərlərin bərpa olunduğunu deyən Ərsoy, Hatay Arxeologiya Muzeyində 3500 kvadratmetrlik 210 mozaika pannosu və digər muzeylərdən 555 əsərin qorunduğunu vurğulayıb.

Qeyd edək ki, 2014-cü ildə dünyanın ən böyük mozaika muzeyi Hatay Arxeologiya Muzeyi qeyd olunub.

Tahirə Nur

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ