Bu gün İstanbulda Türk Konseyi Medya Forumu BAŞLAYIR


Bu gün Türkiyənin İstanbul şəhərində Türk Konseyi Medya Forumu öz işinə başlayır. Turkustan.az xəbər verir ki, 22, 23, 24 oktyabr tarixlərində davam edəcək foruma türk dünyasından 500-dən çox nümayəndə qatılacaq.

Türkiyənin Rabitə naziri Fəxrəddin Altun tədbir barədə sosial media hesabında fikirlərini bildirib:

"Türk Konseyi 2019-cu ildə Türk Konseyi Medya Forumunun yaradılmasına qərar vermişdi. Nə xoşbəxtik ki, forumun ilk görüşünə biz evsahibliyi edirik. "Köklü keçmiş, Güclü gələcək" şüarı ilə İstanbulda Türk dünyasından 500-dən çox qiyməti qonaqları qəbul edəcəyik".

/Modern.az/


MANŞET XƏBƏRLƏRİ