ADAU-da Ulu Öndərin 100 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan "Taxıl bitkilərində sort və hibridalma, onların toxumçuluğu, naliyyətlər və perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Açıklama yok.Çıxış edən rektor vəzifəsini icra edən Zəfər Qurbanov bildirib ki, Aqrar Universitetdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul olunan tədbirlər planı çərçivəsində işlər uğurla həyata keçirilir. Universitet-sənaye əməkdaşlığının əhəmiyyətindən danışan Z.Qurbanov kadr hazırlığı prosesində fermer və müəssisələrlə birgə görülən layihələrin vacibliyini diqqətə çatıdırıb.

Açıklama yok.Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasını müdiri Firuddin Qurbanov taxıl bitkilərində sort və hibridalma, onların toxumçuluğu, naliyyətlər və perspektivlər mövzusunda çıxış edib.

Sonra tədbirdə iştirak edən fermer və müəssisə nümayəndələrinin mövzu ətrafında fikirləri dinlənilib.

Dəyirmi masadan sonra Azərbaycan Dövlət Aqrar Universiteti ilə "AGROVİT" MMC arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Açıklama yok.Memorandumun məqsədi müxtəlif təcrübə proqramlarının, seminar, dəyirmi masa və konfransların təşkil edilməsi həmçinin, gənc kadrların xüsusilə aqronomluq sahələrində fəaliyyət proseslərinə cəlb olunmasıdır.

Tədbir iştirakçıları sonda universitetin toxumçuluq sahələrinə baxış keçiriblər.

Açıklama yok.Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ