Sevil Nuriyevanın Ərdoğanla sual-cavabı gündəm oldu


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 4 günlük Afrika səyahətində müşayiət edən media təmsilçiləri arasında tanınmış azərbaycanlı jurnalist, "Star" qəzeti yazarı Sevil Nuriyeva da olub.

Turkustan.az xəbər verir ki, Sevil Nuriyeva Prezident Ərdoğana İranın son vaxtlar Azərbaycana qarşı sərgilədiyi hərbi təlimlər və digər təhdid dolu davranışları ilə bağlı sual ünvanlayıb.

Sevil Nuriyeva: İranın Naxçıvan ve Cənubi Qafqaz sərhədlərində bir hərbi hərəkətlilik mövcuddur. İran bir tərəfdən də, Azərbaycanın İsrail ilə əlaqələrinə istinad edir. Türkiyənin Qafqazda aktiv və davamlı aktora çevirildikdən sonra İranın bu hərəkətlərinin bir anlamı varmı və bu bir böhrana çevrilə bilərmi?

R.T.Ərdoğan: Mənim şəxsən belə bir gözləntim yoxdur. İsrailin Azərbaycanla olan əlaqələrinə görə İran qalxıb Azərbaycana qarşı, Azərbaycanı "hədəf taxtası" qoymaq kimi bir duruma girməz. Çünki, bu gün İrandakı azərbaycanlıların sayı ortadadır. Bu təbii, düşündürür. Elə də asan deyil. Görülən iş yanlışdır. İranın yeni hökuməti də zənn edirəm ki, bu yanlışı davam etdirməz.

Qeyd edək ki, bu sual-cavab bu gün - İranla bağlı mövzunun həssas olduğu dönəmdə həm Quzey, hə də Güney azərbaycanlılar tərəfindən maraq və rəğbətlə qarşılanıb.

Eltac Zülfüqaroğlu


MANŞET XƏBƏRLƏRİ