Dəvədən dəhşətli QİSAS: Ona yumruq atan sahibini öldürdü - VİDEO


Rusiyada qeydə alınan təhlükəsizlik kamerası görüntüləri qan dondurub. Kadrlarda bir şəxs sahibi olduğu dəvəni yumruqlayır. Bu zaman qəzəblənən dəvə ona yumruq atan sahibini başına vuraraq öldürüb.

Turkustan.azxəbər verir ki, Rusiyanın Sibir bölgəsində qan donduran hadisə baş verib. Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə 51 yaşlı Yuri adlı kişi uşaq düşərgəsində dəvəsini yumruqlayıb. Qəzəbli dəvə əvvəlcə sahibini başı ilə yerə yıxıb. Adamı ağzı ilə tutan dəvə onu çevirib yerə atıb.

Qəzəbdən kor olan dəvə dayanmadı. Dəfələrlə yerə atdığı adamın başına ayaq basdı. Ağır yaralanan şəxsi avtomobili ilə hadisə yerindən keçən sürücü xilas edib.

Ağır beyin travması alan və qan içində olan Yuri aparıldığı xəstəxanada dünyasını dəyişib.

Bildirilib ki, hadisədən əvvəl dəvənin heç bir anormal davranışı olmayıb, hətta uşaqlarla da oynayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ