Paytaxtda böyük söküntü başlayır - Neçə bina söküləcək və nə qədər ailə köçürüləcək?


Bakıda ilkin mərhələdə söküləcək binaların sayı məlum olub.

Əldə etdiyimiz məlumata görə, 200-dək ailənin yaşadığı bu binaların sayı 900-dən minədəkdir.

Bununla bağlı xüsusi proqram da hazırlanıb. Söküntünün əhatə edəcəyi ərazilər əsasən paytaxtın Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Səbail və digər rayonların ərazilərinə düşür.

İlkin mərhələdə köçürüləcək 200-dək ailənin Sovet dövründə ucaldılmış tikililərdə yaşadığı bildirilir. Söküləcək tikililər arasında həm fərdi evlər, həm 5, həm də doqquzmərtəbəli binalar olacaq. (BAKU.WS)


MANŞET XƏBƏRLƏRİ