Türkiyənin təlim təyyarəsinin ilk prototipi İŞƏ SALINDI - VİDEO


Türkiyənin TUSAŞ şirkəti HÜRJET təlim təyyarəsinin ilk prototipini anqardan çıxararaq mühərrikini işə salıb.

Turkustan.az xəbər verir ki, bununla bağlı TUSAŞ şirkəti sosial şəbəkə hesablarında paylaşım edib.

TUSAŞ şirkəti tərəfindən milli və yerli imkanlar hesabına hazırlanan reaktiv mühərrikli HÜRJET təlim təyyarəsi ilk dəfə anqardan ötən ilin dekabrında çıxarılıb. Həmin vaxt təyyarə evakuatoru vasitəsi ilə anqardan çıxarılan birinci prototip eniş dəstləriylə təchiz edilsə də, mühərriki üzərinə inteqrasiya olunmamışdı.

Qeyd edək ki, TUSAŞ şirkəti HÜRJET-in ilk uçuşunu 18 mart 2023-cü ildə reallaşdırmağı planlaşdırır.

/publika.az/


MANŞET XƏBƏRLƏRİ