Dönər xəçəng yaradır– Şişə səbəb olan 4 ərzaq


Fevralın 4-ü Ümumdünya Xərçənglə mübarizə günüdür.

Bu xəstəlikdən profilaktikanın birinci şərti sağlam qidalanmadır.

Turkustan.az xəbər verir ki, ÜST mütəxəssisləri onkoloji xəstəliklərə səbəb olacaq 4 tip qidanı açıqlayıb.

Qırmızı ət, yarımfabrikat ət, emal olunmuş ət məhsulları – yəni mal, donuz, qoyun əti, eləcə də hisə verilmiş, duzlanmış, fermentləşdirilmiş, qızardılmış ət məhsulları, konservlər. Kolbasa, vetçina, sosis və s. Amerika Sağlamlıq institutu sübut edib ki, həftədə 500 qramdan artıq qırmızı ət yemək bağırsaq xərçənginə səbəb olur. Ət məhsulları, yarımfabrikatlarda istifadə olunan nirtat və nitritlər xərçəngin əsas səbəblərindən biridir.

Şəkər, qənd, şəkərli məhsullar – alman fizioloqu Otto Varburq bildirib ki, şiş hüceyrələri əsasən qlükoza, şəkərlə qidalanır və böyüyür. Bir çox həkimlər xərçənglə mübarizənin əsas pilləsinin uşaqlıqdan şəkərli qidalarla qidalanmağı azaltmaqdır.

Trans yağlar, marqarin – ümumiyyətlə, orqanizmin funksiyalarını pisləşdirir, bağırsaq mikroblarını artırır, nəticədə orqanizm daxildən kiflənir. /medicina.az/


MANŞET XƏBƏRLƏRİ