Bakıda rəisin qardaşı obyektə BASQIN ETDİ - Obyekt sahibi xəstəxanalıq oldu


Bakının Nərimanov rayonu ərazisində ofisə basqın olub.

Turkustan.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonunun Əhməd Rəcəbli küçəsində yerləşən ofislərin birində baş verib.

Fevralın 1-də, gecə saatlarında idmançı Samir Qarayev dostu ilə birlikdə ofisə daxil olaraq obyekt sahibi Allahverdiyev Musa Allahverdi oğlunu döyüb.

Musa Allahverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə hər iki şəxs - S. Qarayev və H. Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin olunub.

Qeyd edək ki, Samir Qarayev Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevin qardaşıdır.

İstintaq davam edir.


MANŞET XƏBƏRLƏRİ