ABŞ Ukraynanın 20%-ni sülh müqabilində təklif edib? – AÇIQLAMA


Alman mətbuatının yazdığına görə, Uilyam Bernsin Moskva və Kiyev görüşləri zamanı sülh müqabilində ərazi təklifləri səsləndirilib.

Turkustan.az xəbər verir ki, yayılan xəbərlərə görə sülh müqabilində Rusiyaya torpaq, Ukraynaya isə torpaq müqabilində sülh təklif olunub.

Lakin həm Ağ ev, həm də Kreml bu informasiyanı inkar edib.

Qəzetlər Bernsin Rusiyaya Ukrayna ərazisinin beşdə birini təklif edərək konflikti bitirməyi təklif etməsini yazmışdı.

Kreml sözçüsü Dmitriy Peskov bu fikirləri şayiə adlandırıb.

"2 alman politoloqunun NZZ qəzetinə verdiyi bu açıqlama cəfəngiyyatdır.

Bu məlumatlar onlarda haradandır bilmirəm. Bernsin Moskvaya gizli səfəri də olmayıb".

Xatırladaq ki, qəzet Rusiyanın bu təklifdən imtinasından sonra Co Baydenin Ukraynaya amerikan tanklarını göndərmək qərarı verdiyini də yazıb. /BakuPost/


MANŞET XƏBƏRLƏRİ