SON DƏQİQƏ! Putin "Çeget"i ÜZƏ ÇIXARDI - Dünyanı təşvişə salan görüntülər


Rusiyadan gələn foto dünyanı təşvişə salıb.

Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin nüvə çantası olan "Çeget"i nümayiş etdirməklə nüvə təhdidini həyata keçirib və Qərbi qorxudub.

Britaniyanın "Mirror" qəzeti "Qərbə soyuq təhdid" başlığı ilə oxucularına təqdim etdiyi xəbərdə Rusiya liderinin rəsmi səfəri zamanı portfelini özü ilə gətirdiyini və bunun nüvə hücumu həyata keçirməsinə imkan verdiyini yazıb.

Sözügedən görüntülərdə Putin abidə önünə əklil qoyarkən onun cangüdənlərinin əlində nüvə portfeli gəzdirdiyi görünür.

WhatsApp Image 2023-02-03 at 15.06.43.jpeg (54 KB)

Putinin yanında saxladığı çanta və daşıdığı sistem ən son texnologiya ilə hazırlanıb.

Qorbaçov və Yeltsin dövründə o, "Bond" tipli çantaya bənzəyirdi. Putin dönəmində daha "kompakt" çantaya çevrildi və adı "Çeget" olaraq dəyişdirildi.

Çeget Qafqazın Çərkəz bölgəsində yüksək dağın adıdır.

Rusiya dövlət kanalına danışan hərbi ekspertin sözlərinə görə, əvvəlcədən yaradılmış döyüş kodları fləş yaddaş vasitəsilə çanta üzərindən komanda mərkəzinə ötürülür.

63dca9154e3fe019b0a979ba.jpg (84 KB)

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin sonuna qədər hipersəsli "Satan-2" nüvə raketinin ikinci sınağına dair təcili göstəriş vermişdi.

Dünyanın o biri tərəfindəki hədəfləri vura bilən Rusiyanın ölümcül silahı olan RS-28 Sarmat raketi İngiltərənin paytaxtı Londona da çata biləcək mənzilə malikdir. Yəni Rusiya çəkindirici güc çərçivəsində sözügedən raketlə bütün Avropa paytaxtlarını vurmaq gücünə sahib dğvlətə çevrilir. ABŞ mətbuatının yazdığına görə, hətta Amerika da raketin məsafəsi daxilindədir.

Bundan sonra ABŞ uzun müddətdir üzərində işlədiyi yeni hipersəs raketini sınaqdan keçirmişdi. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bunun ilk əməliyyat sınağı olduğunu vurğulayaraq, B-52 bombardmançı təyyarəsindən atılan raketin səsdən 5 dəfə daha sürətli hərəkət etdiyini açıqlamışdı.

Musavat.com


MANŞET XƏBƏRLƏRİ