Müxalifətin namizədi Kılıçdaroğlu olur? – ÖZÜ AÇIQLADI


Türkiyədə müxalifətin namizədinin kim olacağı yavaş-yavaş öz təsdiqini tapmağa başlayır.

Turkustan.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun "Millət İttifaqı"nın namizədi olacağı gözlənilir.

Artıq nüfuzlu CHP üzvləri tərəfindən də Kılıçdaroğlunun namizəd olacağı ilə bağlı açıqlamalar verilir. CHP sədrinin özünün də, "Mən Kamal, gəlirəm" deməsi və partiyanın mərkəzi qərargahından Kılıçdaroğlunun böyük plakatı ilə həmin sözünün asılması ehtimalları daha da gücləndirib.

Bütün bunların fonunda "FOX" telekanalına qonaq olan Kamal Kılıçdaroğlu gündəmə dair açıqlamalar verib.
Aparıcı CHP sədrinə "Təməl bəy masada sizin namizədliyinizi təklif etsə, cavabınız nə olacaq? Etiraz edəcəksiniz?" sualını ünvanlayıb. Kılıçdaroğlu isə etiraz etməyəcəyini bildirib:

"Bunun üçün fikir birliyi olmalıdır. Yəni kiminsə adının gündəmə gəlməsi onun namizəd olacağı demək deyil. Onsuz da mənim etiraz etməyə haqqım yoxdur. Deyək ki, namizədliyimlə bağlı fikir birliyi oldu. Onda təbii ki, bu vəzifəni etmək istəyərəm. Bu, çox şərəfli bir işdir. Yəni mənim namizədliyimi niyə verirsiniz demək konsensusdan kənara çıxmaq olar". /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ