"Leopard"ın üzərinə "Rusiyaya eşq olsun!" yazdılar


Avstraliyanın Port-Kennedi memorial parkındakı "Leopard" tankının üzərində "Z" simvolunun və "Rusiyaya eşq olsun!" şüarının yazısı peyda olub.

Turkustan.az xəbər verir ki, bu barədə "West Australian" qəzeti yazıb.

Nəşr qeyd edib ki, veteran işləri və polis naziri Pol Papaliya bu hadisədən hiddətlənib və yerli sakinləri hadisə barədə polisə məlumat verməyə çağırıb.

Bildirək ki, qəzet tankın üzərinə ağ boya ilə çəkilmiş rusiyayönlü yazıların peyda olmasını "rusiyapərəst vandalizm" adlandırıb.

Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Qeyd olunur ki, Port Kennedi parkındakı sözügedən tank 2011-ci ildə istismardan çıxarılan 30 nümunədən biridir. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ