Ermənistan parlamentində qırğın: Qarabağdakı ermənilərə görə 3 milyon ermənini...


Dağlıq Qarabağın 120 min sakini naminə üç milyon ermənini riskə atmağa ehtiyac yoxdur.

Turkustan.az xəbər verir ki, bu sözlər Ermənistan parlamentində müxalifətin təşəbbüsü ilə çağırılan Laçın yolunda keçirilən aksiya ilə bağlı dinləmələr zamanı "Mülki müqavilə" blokunun deputatı Qurgen Arsenyan deyib.

"Dağlıq Qarabağda cəmi 120 minə yaxın, Ermənistanda isə 3 milyona yaxın insan yaşayır. Biz Dağlıq Qarabağ naminə üç milyon ermənini riskə ata bilmərik", - deyə müzakirə zamanı bildirilib.

Eyni zamanda Arsenyan dinləmələrdə iştirak edən müxalifətçiləri məsuliyyətsizlikdə ittiham edib.

Arsenyanın sözlərinə görə, xalq 2021-ci il seçkilərində hazırkı müxalifətə qarşı hökm çıxarıb. Nikol Paşinyanın tərəfdarının bu açıqlaması deputatlar arasında şifahi toqquşmaya səbəb olub.

Dinləmələrə sədrlik edən Ermənistan müxalifət blokunun parlament fraksiyasının sədri Seyran Ohanyan iclasda iştirak edənləri susmağa və Arsenyanın çıxışını davam etdirməsinə icazə verməyə çağırıb. Lakin onun xahişlərinə məhəl qoyulmayıb.

Bu, Arsenyanı dayandırmayıb.

"Qarabağ məsələsini manipulyasiya etmək, sizə Ermənistanda hakimiyyətə gəlmək imkanı verməyəcək. Bunu unudun", - deyə parlamentari əlavə edib.

Deputat Türkiyə ilə münasibətlərin qurulmasının Ermənistanın milli maraqlarından irəli gəldiyinə əminliyini də ifadə edib. (publika.az)


MANŞET XƏBƏRLƏRİ