NATO-da əməliyyat planı hazırlanıb: müharibə üçün Türkiyənin razılığı gözlənilir...


ABŞ-ın qərarı ilə İspaniya və İngiltərənin öz döyüş tanklarını göndərməsindən sonra Almaniya və Polşa ilə Ukrayna müharibəsi yeni və təhlükəli mərhələyə qədəm qoyur. Nəhayət, ABŞ-ın 2,7 milyard dollarlıq hərbi yardım paketinə uzaqmənzilli raketləri də əlavə etməsi ilə cəbhənin yaxın gələcəkdə çox qızışacağını proqnozlaşdırmaq çətin deyil.

Ancaq böyük ehtimalla, bu mübarizə təkcə Ukrayna ilə məhdudlaşmayacaq. Qara dənizŞərqi Avropa vasitəsilə Baltik dən Aralıq dənizinə qədər uzanan xətt ilə Mərkəzi Avropa nın bir çox bölgəsi qaynar cəbhə xəttinə daxil ola bilər.

Ukraynaya haubitsalarla başlayan hərbi yardım daha sonra tank və döyüş təyyarələri ilə davam edib. İndi artıq bura raketləri də əlavə edə bilərik. Son nöqtədə isə ABŞ və onun müttəfiqlərinə məxsus hərbi hissələrin Ukraynaya göndərilməsi mümkün ola bilər. Çünki müharibədə "olmaz"lar bir-bir pozulur. Rusiyanın Ukraynaya hücumu alman silahlarının heç vaxt döyüş bölgələrinə çatdırılmaması siyasətini dayandırıb.

ABŞ-ın təzyiqinə tab gətirə bilməyən Olaf Şolz Ukraynaya ən qabaqcıl döyüş tanklarını göndərmək qərarına gəlib. Berlin 14 ədəd "Leopard 2A6" tankından başqa Polşa ya da öz "Leopard"larını göndərməyə icazə verib.

Onu da qeyd edək ki, bu qərara görə alman xalqı Şolza qəhrəmandan çox, başqa seçimi olmayan bir insan kimi baxır.

İndi gözlər Rusiya lideri Vladimir Putin in bu tank gedişi ilə gələn yeni prosesə necə cavab verəcəyinə dikilib. Məsələn, Almaniyanın xarici kəşfiyyat təşkilatı BND tərəfindən sadalanan bəzi qorxunc ssenarilər belədir: nüvə hücumları, kritik infrastrukturu iflic edə biləcək kiberhücumlar, Norveçdən Almaniyaya gedən qaz xətlərinin təxribatı və Almaniyada olarkən göndərilən tank konvoyları, Polşanın bombardman edilməsi və sair…

NATO-ya üzv Avropa ölkələrinin arsenallarında 2000-ə yaxın "Leopard" tankı var və onlara qulluq etmək ABŞ-ın Abrams tanklarından daha asandır. Pentaqon, Abramsın reaktiv yanacaq və turbin mühərrikləri ilə işlədiyini, logistikanı çox mürəkkəbləşdirdiyini vurğulayaraq, tezliklə cəbhəni tamamilə alman tanklarına buraxmağı planlaşdırır.

Beləliklə, Putin qəzəbini Almaniyaya və NATO-ya yönəltsə, ABŞ və İngiltərənin böhranın əvvəlindən planlaşdırdıqları ssenari də həyata keçə bilər.

Çünki bu günə qədər NATO, Almaniya və Türkiyənin qəti vetosu sayəsində müharibədən kənarda qalıb. Ona görə də artıq bütün gözlər Türkiyənin üzərində olacaq. Ona görə ki, son bir neçə ayda NATO-da bütün alyans regionu üçün üç regional əməliyyat planı hazırlanıb. Telefon kitabçası qədər qalın, çoxsaylı əlavələri olan planlar 11-12 iyul 2023-cü il tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitdə təqdim olunacaq. Məqsəd isə NATO-nu Rusiya ilə müharibəyə razı salmaqdır.

Ancaq bunun üçün Türkiyənin maneəsini aşmaq lazım gələcək. Buna görə də növbəti bir neçə ay olduqca hərarətli və çətin keçəcək. Seçki atmosferinin də təsiri altında olan Türkiyəyə qarşı hər cür ssenari, təxribat, hücumlar, sui-qəsdlər, planlar və beşinci kolon fəaliyyətləri aktivləşə bilər. /Bizimyol.info/


MANŞET XƏBƏRLƏRİ