Blinkenin Cənubi Qafqaza göndərdiyi şəxs haqda sensasion iddia: "Başqa adla Azərbaycanda işləyib…"


"Lui Bonon ABŞ-nin Qafqazda danışıqlar üzrə təyin etdiyi ikinci baş məsləhətçidir. Görünür, onun sələfinin fəaliyyəti Vaşinqtonu razı salmadığı üçün L.Bonon bu vəzifəyə gətirilib".

Bu sözləri Globalinfo.az-a politoloq Cümşüd Nuriyev ABŞ dövlət katibi Entoni Blinkenin Xarici Əlaqələr üzrə Ali Şuranın üzvü Lui Bononu, Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin etməsini şərh edərkən deyib.

O qeyd edib ki, L.Bonon Cənubi Qafqaz üzrə peşəkardır:

"Ehtimal ki, o Gürcüstan, Ermənistan və ya Azərbaycanda hansısa bir şirkətin tərkibində başqa adla çalışıb, yaşayıb.

ABŞ faktiki olaraq Cənubi Qafqazı Rusiyanın təsirindən çıxarmaq istəyir. Hazırda Kreml üçün Qafqaz tək nəfəslikdir. Azərbaycan xüsusilə burada önəmli ölkədir. Hesab edirəm, bu məsələdə ABŞ ilə ortaq hərəkət etməməliyik. Çünki bizim öz milli maraqlarımız var. Digər tərəfdən, Rusiya faktorunu nəzərə almalıyıq.

Cümşüd Nuriyev

ABŞ regionda Rusiya ilə mübarizədə məğlub olduğu üçün L.Bonon kimi regionu tanıyan insanları göndərir. Qeyd etmək olar ki, rəsmi Vaşinqton Gürcüstanda yarım qələbə qazandı. Lakin Saakaşvili ABŞ-ni tam qane etmədi.

Ermənistanda isə Vaşinqtonun Moskvaya məğlub olduğunu deyə bilərəm. Azərbaycan isə özünü Rusiyadan sığortalanmaq üçün 44 günülük müharibədən öncə ikitərəfli müqavilə imzaladı. Yəni Ermənistan və ya Gürcüstanın taleyini yaşamadı. Hesab edirəm, bundan sonra da Rusiya ilə münasibətlər düzgün qurulacağı təqdirdə bizə problem olmayacaq".


MANŞET XƏBƏRLƏRİ