Qalmaqallı direktordan ŞOK sözlər: "Mənim ərim olanda…"


"Naxçıvan şəhər 12 nömrəli məktəbin müəllimlərindən aldığım məlumata görə, bu təhsil ocağına yeni direktor təyin olunmuş Turan Məmmədli müəllimlərlə ilk iclasını keçirib".

Turkustan.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Heydər Oğuz deyib.

Onun sözlərinə görə, T.Məmmədli iclasda çıxış edərkən müəllimlərin dərslərini azaldacağını bildirib:

"Etiraz edən müəllimlərə qeyri-etik sözlər deyib. Müəllimlər deyiblər ki, təhsil naziri Rəhman müəllimin (Naxçıvan MR-in təhsil naziri Rəhman Məmmədov – red.) yanına gedəcəklər. Turan Məmmədli isə onlara cavab verib: "nazir kimdir ki mənə onunla xox gəlirsiniz?! Mənim arxamda Fuad Nəcəfli dayanır. Hara istəyirsiniz, gedin!"

Daha sonra xadimə icazə istəyib, deyib ki, ərim yoxdur, mənə yarım saatlıq icazə verin, evə gedim, uşağım tək qalıb. Direktor isə xadiməyə deyib: "mənim ərim olanda sənin də ərin olacaq". Şərhi sizə buraxırıq.

Şikayətçilər həmçinin bildiriblər ki, Ali Məclisdən direktordan niyə Fuad Nəcəflinin adını çəkməsini soruşublar. O isə deyib: "Böyük səhv etmişəm, bağışlayın".

Hazırda 12 nömrəli məktəbin müəllimlərinin etiraz aksiyası davam edir". (globalinfo.az)


MANŞET XƏBƏRLƏRİ