Ramiz Mehdiyevin ailəsinə məxsus bank bağlanır? – "BTB Bank"dan AÇIQLAMA


Rəsmi məlumata görə ölkəmizdəki 26 bankdan 24-ü ötən ili qazanc, 2 bank isə zərər etdiyi məlum olub.
İli zərərlə başa vuran banklar "Bank BTB" və Pakistan Milli Bankının Bakı filialıdır. İkincinin zərəri 271 min manat olub. "Bank BTB" isə nə az, nə çox - 5.3 milyon manat zərər etdiyini bəyan edib.
Qeyd edək ki, "Bank BTB"-nin səhmlərinin 75 faizi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya məxsusdur.
"Bank BTB"-nin maliyyə hesabatlarından belə qənaət yaranır ki, bank batmağa doğru gedir. Bankın ötən il üzrə rəsmən elan etdiyi hesabatlar da onun zərərlə işlədiyini əks etdirir. Məsələn, ötən il bankın xidmət haqlarıyla bağlı gəlirlər təqribən 2 dəfə aşağı düşüb. Ən əsası isə, bankın tələbli depozitləri, yəni şirkətlərin bankdakı pulları kəskin şəkildə azalıb. Bu da iri müştərilərin banka nə dərəcədə etibar etmələrinin göstəricisi sayıla bilər. (bizim.media)


MANŞET XƏBƏRLƏRİ