Rusiyadan Azərbaycana qarşı TƏXRİBAT - Vardanyanın yerini belə isidirlər...


"Sergey Lavrovun verdiyi açıqlamada Qarabağ ifadəsinin kontekstdən çıxarılmasını görürük. O, danışdığı DQMV və ətrafındakı 7 rayon onsuz da Azərbaycana məxsusdur. Amma DQMV-nin özünün kimə məxsus olması ilə bağlı Lavrov mövzunu sözün əsl mənasında manipulyasiya etməkdədir".

Turkustan.az xəbər verir ki, bunu açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli deyib.

eziz-640x336.jpg (41 KB)

Onun sözlərinə görə, Lavrov bunu o kontekstdə işlədir ki, DQMV faktiki mövcuddur, Azərbaycanın 20-ci əsr boyunca bu torpağın əsl sahibi olması faktını görməzdən gəlir:

"Həyasızlığın dərəcəsinə baxın ki, bunu keçmişə aid, kökləri olan münaqişə adlandırır. Əvvəla, onun münaqişəyə çevrilməsinin əsas memarı tarix baxımından Rusiya olub. Ermənilərin bölgəyə köçürülməsinin də arxasında Rusiya dayanır. Lavrov Qarabağ iqtisadi rayonunun ərazisi ilə bağlı fikirləri tamamilə təhrif etməyə çalışır. Burada məqam ondan ibarətdir ki, özlərinin sülhməramlı şəklində mövcud olduğu missiyanı faktiki öz bildikləri hüquqi əsaslarla leqallaşdırmağa çalışırlar. Yəni özlərinin bölgədəki varlıqlarının hüquqi əsaslarını yaratmağa və onu tarixə istinad üzərindən qurmağa çalışırlar. İkincisi, Azərbaycanla Ermənistan arasındakı danışıqlar məsələsində və yaxud da Qərbin bölgədə missiyasını son aldığı qərarla yerləşdirilməsi fonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kartını ortaya atır və burada Azərbaycanla Ermənistan sərhədi kontekstində Rusiyanın KTMT olaraq varlığının bir hissəsi kimi Qarabağdakı varlığını da sanki assosiasiya etdirməyə çalışır. Burada erməni məsələsinin, yəni Ermənistandakı ermənilər məsələsindən başqa Qarabağ iqtisadi rayonunda mövcud olan erməni məsələsinin özlərinin monopoliyasına aid olmasına əslində işarə vurmuş sayılır. Çox təhlükəli tendensiya ondan ibarətdir ki, Azərbaycana məxsus olan torpaqların dairəsini müəyyən edir və bunu 7 rayonla məhdudlaşdırması o deməkdir ki, Rusiyanın Qarabağ iqtisadi rayonunun ərazisi ilə bağlı xoş olmayan, Azərbaycanın ərazi bütövlüyünü pozmağa yönəlik, Azərbaycanın suveren hakimiyyətini bölgə üzərində tanımamağa yönəlik müxtəlif formalı variantlar var. Hesab edirəm ki, Sergey Lavrovun bu açıqlaması bilavasitə özlərinin Qarabağ bölgəsindəki nümayəndəsi hesab etdikləri Ruben Vardanyana leqallıq qazandırmaq və onun varlığını təmin etməkdən ibarətdir". /Sfera.az/


MANŞET XƏBƏRLƏRİ