"Ermənilər köçəri avaraya çevriləcək" - Baqratyandan SENSASİON AÇIQLAMA - VİDEO


"Qarabağ və Zəngəzurda bir nəfər də olsun erməni qalmayacaq".

Turkustan.azxəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

"Üçlü bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizi barədə hər şey yazılıb. Azərbaycan Zəngəzur dəhlizini açacaq, yolu isə Ermənistan çəkməli olacaq.

Rusiya Paşinyandan Zəngəzur dəhlizini açmağı tələb edir. ABŞ və Fransa da bunun əleyhinə deyil. Amma Nikolun Avropa müşahidəçilərini Ermənistana çağırması heç də yaxşı nəticələnməyəcək.

Ermənilər köçəri avaraya çevriləcək. Bizi yaxşı heç nə gözləmir.

Laçın dəhlizini Paşinyan bağlayıb. Azərbaycan Naxçıvana yol almaq üçün koridorun açılmasını tələb edir. Bu barədə 3-tərəfli bəyanatda yazılıb.

Azərbaycan, əlbəttə, Naxçıvana yolu açacaq. Amma Qarabağda 3-4 ilə bir nəfər də olsun erməni qalmayacaq.

Bu gün ermənilər Qafan və Cermukdakı evlərini satırlar. Bu o deməkdir ki, Zəngəzurda bir nəfər də olsun erməni qalmayacaq", – deyə o bildirib.

/konkret.az/


MANŞET XƏBƏRLƏRİ