Eşidənləri şoka salan QƏTL: Özünü ölü göstərmək üçün ona bənzəyən birini... - FOTO


Almaniyada polis çox maraqlı qətlin üstünü açıb. İddiaya görə, rəsmi ölü kimi görünmək istəyən qadın özünə oxşayan başqa bir qadını öldürüb.

Turkustan.azxəbər verir ki, ötən ilin avqustunda Almaniyanın cənubundakı İnqolştadt şəhərində park edilmiş avtomobildə qan içində qadın meyiti tapılmışdı. 50-dən çox bıçaq zərbəsi aldığı aşkarlanan qadının İraq əsilli alman Şaraban K. olduğu açıqlanıb. Şaraban K.-nin ailə üzvləri 23 yaşlı gənc qadının meyitini də müəyyən edib.

Lakin sonradan edilən yarılma hesabatında şübhəli bir vəziyyətin olduğu göstərilirib. Yarılmadan sonra qurbanın Baden-Vürtemberq əyalətindəki Heilbronn şəhərindən olan 23 yaşlı əlcəzairli gözəllik bloggeri Xadidja O. olduğu müəyyən edilib.

ONA BƏNZƏYƏN QADININI ÖLDÜRDÜ

Polisin açıqladığı məlumata görə, iki qadın bir-birinə çox bənzəyirmiş. Onların hər ikisi tünd dəri, düz qara uzun saç və xüsusilə ağır makiyajla "heyrətləndirici dərəcədə bir-birinə bənzəyirdi". Səlahiyyətlilər 19 avqust 2022-ci ildə Şaraban K. və onun sevgilisi Şeqir K.-nı həbs etdilər, lakin indiyə qədər ictimaiyyətə heç bir açıqlama verilməyib.

ÖLÜ GÖRÜNMƏK İSTƏDİ

"Araşdırmalar bizi təxmin etməyə vadar etdi ki, təqsirləndirilən şəxs (Şaraban K.) ailə münaqişəsi zəminində gizlənmək istəyib və bu məqsədlə öz ölümünü saxtalaşdırmaq istəyib", - İnqolştadt əyalət prokurorluğunun bəyanatında deyilir.

Akıllara durgunluk veren cinayet! Kendisini öldü göstermek için benzerini öldürdü

Akıllara durgunluk veren cinayet! Kendisini öldü göstermek için benzerini öldürdü

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ