İranın Moskavadakı ŞEYTAN YUVASI: Bu casus şəbəkəsi də dağılmalıdır - FOTOLAR


"Bilirsinizmi 2-ci Qarabağ savaşı zamanı niyə Azərbaycan ordusu İran sərhədi boyunca yerləşən rayonları sürətlə aldı? Çünki İran o əraziləri təmizləmişdi, ermənilərin o ərazilərdə möhkəmlənməsinə icazə vermirdi".

İlk baxışdan adama elə gəlir ki, bunları deyən ya hansısa iranlı ülamədir, ya SEPAH zabitidir, ya da sadəcə bir İran aşiqidir. Əslində elə üçüncüdür. Bu İran aşiq və məşuqlarının bir hissəsi də Rusiyanın paytaxtı Moskvada cəmləşib. Özü də təşkilatlanaraq. Söhbət Moskva Əhli-beyt cəmiyyətindən gedir. Yuxarıda oxuduğunuz sitat isə onların "facebook" səhifəsindəndir.

Bu yerdə bir qədər keçmişə qayıdaq.

1990-cı ildə İranın dini lideri Xameneyi və digər nüfuzlu elita nümayəndələri tərəfindən Əhli-beyt Dünya Assambleyası yaradılıb. Bu, formal olaraq qeyri-hökumət təşkilatıdır və məqsədi dünya üzrə əhli-beyt tərəfdarlarını aşkara çıxarmaq, onları təşkilatlandırmaq, təlim keçmək və dəstəkləməkdən ibarətdi.

Bu məqamda azərbaycanlılar da kənarda qalmamışdılar. İran nəinki Azərbaycanda, hətta başqa ölkələrdə də "əhli-beyt" adı altında işlər çevirirdi. İş o yerə çatmışdı ki, rəsmi Tehranın və QUM-un bir əli də Moskvayadək uzanmışdı. Məhz burada Rusiyanın paytaxtında İran Moskva Əhli-beyt cəmiyyəti adlı qurum təsis edərək öz niyyətini həyata keçirə bilirdi. Bu quruma isə Hacı Nizami Müzəffər oğlu Baloğlanov rəhbərlik edirdi və indi də edir.

Tehran rejimi soydaşlarımız arasında din pərdəsi altında bir sıra təsisatlarını qurmaq üçün dəridən-qabıqdan çıxır. İranın Moskvadakı səfirliyinin dəstəyi ilə yaradılan İran Mədəniyyət Mərkəzi tezliklə Moskva, Həştərxan, Maxaçqala, Dərbənd, Kazan, Sankt-Peterburq və digər şəhərlərdə bölgəsəl strukturlarını formalaşdırıb. Moskva İslam Mərkəzi isə ictimai proseslərdə fəaliyyətini gücləndiribdir. Moskva Əhli-beyt cəmiyyəti isə Moskvanın "Otradnoe" metrostansiyası yaxınlığında bir vaxtlar eks-prezident Ayaz Mütəllibovun təşəbbüsü və azərbaycanlı iş adamlarının yardımı ilə tikilmiş məsciddə məskunlaşır. Qısa zamanda məsciddə İran meyilli "Fatimə-Zəhra", "Hüseyniyyə" cəmiyyətləri və "Sahibi əz Zaman" Gənclər Təşkilatı kimi qurumlar fəaliyyətə başlayır. Bu qurumların sıralarına isə təhsilsiz, dini savadı olmayan azərbaycanlı gənclər cəlb edilir. Bir qədər sonra isə Moskva Əhli-beyt cəmiyyəti özünün qəzetini belə nəşr etdirir. Əhli-beyt adlı qəzetin təsisçisi Nizami Baloğlanov, baş redaktor isə Mətləb Cəfərov olur. 2000-ci ilin əvvəllərində Əliəkbər Ocaqnejat tez-tez Moskvada peyda olmağa başlayır. İran Mədəniyyət Mərkəzinin rəhbəri, eyni zamanda bu ölkənin dini liderinin xüsusi nümayəndəsi təkcə Rusiya paytaxtında yox, bu ölkənin regionlarında geniş şəbəkə yaratmağa müvəffəq olur. Məlumatlara görə, onun Mahaçqala, Yekaterinburq, Sankt-Peterburq və digər iri şəhərlərdə nümayəndəliklər yaradılır. Bunların çoxu qeyri-rəsmi fəaliyyətə başlayır.

Yenə Moskva Əhli-beyt cəmiyyətinin "facebook" səhifəsinə diqqət yetirək. Vüqar Paşayev adında istifadəçi yazır:

"Vuqar Pasayev

3 Sentyabr 2022

İranın İraqla sərhəd bölgələrində yaşayan ərəblər həmin vaxtı da, indinin özündə də çətinlik çəkirlər. Çünki o ərazilər iqlim cəhətindən, su cəhətindən, coğrafi mövqe cəhətindən yaşamaq üçün əlverişli deyil.
Amma türklərin vəziyyəti çix fərqlidir. Ölkənin ən dilbər guşələrində yaşayırlar. Təbii quyu suyu içmək xətrinə Urmiyada hərəsi həyətində bir quyu qazaraq gölü qurudublar. Ölkənin bütün bazar sistemi, idarəçilik sistemi əllərindədir".

Təsəvvür edin bütün dünyanın Urmiya gölünün qurumasının ekoloji fəlakət kimi tanıdığı halda bu İran yanlısı günahı bu ərazilərin köklü sakinləri olan Azərbaycan türklərinin üzərinə atır.

Əslində Moskvadakı İran aşiqlərinin təbliğat mexanizmi təkcə qəzet və sosial şəbəkələr vasitəsilə deyildi.

Bir misal çəkək.

"İnterAz" telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb. Əvvəllər baş ofisi Moskvada yerləşən kanalın təsisçisi tanınmış jurnalist Saleh Xudiyev olub. 2016-cı ildə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış "Hacı Mətləb" kimi tanınan Mətləb Bağırov alıb. Bəli bu həmin yuxarıda adını çəkdiyimiz Mətləb Bağırovdur. Sizcə, hansısa bir tələbənin Moskva və onun ətrafında yayımlanan hazır bir telekanalı almağa gücü çatardımı? Axı, söhbət mötəbər mənbədən aldığımıza görə, 500 min dollardan gedir. Həmin pul isə Moskva Əhli-beyt cəmiyyətinə İrandan ötürülmüşdü və telekanal alınmışdı. Sonradan isə "İnterAz" qeyri-müəyyən və şübhəli əlaqələr nəticəsində Bakıda peydə olmuş və burada yayımlanmağa başlamışdır. Sonradan isə "İnterAz"la bərabər "SalamNews" saytı da Azərbaycan və rus dillərində fəaliyyətə başlamışdır. Onun fars versiyası üzərində iş getsə də amma nədənsə üzə çıxmamışdır. Bir məsələni də xüsusi qeyd edək ki, Moskva Əhli-beyt cəmiyyəti hazırda "Otrednoe" metrostansiyası yaxınlığındakı məsciddə fəaliyyət göstərmir. Onları sadəcə oradan qovublar. Elə cəmiyyətin sədri Hacı Nizami Baloğlanov da hətta Putinə belə müraciət edərək onların fəaliyyəti üçün yer ayrılmasını xahiş etmişdi. O da maraqlıdır ki, adıgedən cəmiyyət özü Moskva şəhər Budyonny prospekti, ev 30/8, mənzil 162-də qeydiyyatdadır. Onlar adətən Altuepskaya küçəsi, ev 79, mənzil 3 ünvanını da koordinasiya qeyd edirlər.

Yeri gəlmişkən Moskva Əhli-beyt cəmiyyəti haqqında məlumatları araşdıranda məlum oldu ki, onun nizamnamə faktları 0 rubldur. Bank rekvizitləri isə belədir.

Bu hesaba İrandan gələn və Moskvadakı azərbaycanlılar tərəfindən edilən ianələr toplanır. Onların hara və hansı məqsədlərlə istifadə edilməsi isə müəmmalıdır. Sanki şeytan bir hörümçək toru qurub. Bu torun isə qırılmasına az qalıb.

(lent.az)


MANŞET XƏBƏRLƏRİ