Təyyarəyə götürülməyən körpələrini qeydiyyat kassasına qoyub getdilər - FOTO


İsrailin Təl-Əviv şəhərində Belçika pasportlu cütlük bileti olmadığı üçün təyyarəyə minə bilməyən körpəsini növbəyə durduqdan sonra hava limanının qeydiyyat kassasına qoyub.

Təl-Əvivdən Brüsselə uçan təyyarəyə minmək üzrə olan Belçika pasportlu cütlük körpələrini arxada qoyub.

Övladlarına yeni bilet almamaqda israr edən cütlüyün körpəni Ben-Qurion hava limanının qeydiyyat hissəsində qoyub pasport növbəsinə girməsi görənləri şoka salıb.

Turkustan.azxəbər verir ki, hadisənin fərqinə varılan cütlük İsrail polisi tərəfindən nəzarətə götürülüb.

"Jerusalem Post" qəzetinə danışan bir aviaşirkət rəsmisi "Bizimlə ilk dəfədir ki, belə bir hadisə baş verir. Bu hadisəyə inana bilmirəm", - deyə o bildirib.

Nəzarət zolağında qalan körpənin vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ