Soyuq qış günlərində osmanlı sarayları necə qızdırılırdı? - Bilinməyən faktlar hansılardır?


Əsrlər boyu Osmanlı sülaləsinə və saray məmurlarına xidmət etmiş nəhəng və əzəmətli saraylar təbii ki, soyuq keçən mövsümlərdə qızdırılırdı. Bəs bunun üçün hansı üsullardan istifadə olunub?

Osmanlılar bəylikdən və həmçinin imperyadan dövlətə çatdıqda sultanlar çadırlarda deyil, saraylarda yaşamağa başlayıblar.

İlk öncə Osmanlı imperatorluğunun ilk dövrünün paytaxtı olmuş Bursada Orxan Qazinin tikdirdiyi Bəy Sarayından danışaq. Bu dövrdə istilik sistemləri çox primitiv idi və kiçik ərazilərə təsir göstərirdi. Sarayın müəyyən yerlərində kaminlər daim yandırılırdı. Xüsusilə sultanların, şahzadələrin otaqlarında manqallar var idi. Təxminən orta sandıq boyda olan bu manqallarda közlər daim yenilənirdi. Topqapı sarayında isə içəridə izolyasiya edilmiş materiallardan hazırlanmış daşlardan istifadə edilərək, temperaturun sabit saxlanılmasına çalışılırdı.

Açıklama yok.

Sarayların qızdırılmasına cavabdeh olanlar "iç oğlanlar" adlanan qulluqçulardan ibarət idi. Belə ki, onların ən bacarıqsızı da bu vəzifəyə təyin edilirdi. Kənardan odun tədarükü ilə bostançılar məşğul olurdu. Hamamların qızdırılması işinə isə hərəmxanada və şəxsi otaqlarda başqa şəxslərə tapşırılırdı.

Sarayda həm kişilər, həm də qadınlar soyuq günlərdə yun paltar geyinirdilər. Xüsusən də Kösəm Sultanın yun çılğını olduğu bildirilir. Şəkər xəstəliyinə görə mi? dəqiq bilinməsə də yay-qış üşüdüyü söylənilir. Oğlu İbrahim də çox üşüyən biri idi. Kürkə meyilli olması da bu səbəbdən idi.

Açıklama yok.

Kösəm Sultanın səltənəti dövründə sarayda ocaq və manqalların sayı xeyli artmışdı. Bunun əsas səbəblərindən biri Osmanlıda görünməmiş keçən soyuq qış gecələri idi.

1785-ci ildə tikilən Ishak Paşa sarayının dünyada mərkəzi istilik sistemi olan ilk saray olduğu düşünülür. Belə ki daş divarların arasından isti su boruları keçirmiş...

Halbuki bundan xeyli əvvəl, 1517-ci ildə Memar Sinan tərəfindən tikilmiş Yunus Paşa məscidinin yanındakı hamamda isti su dövranı sistemi ilə təchiz olunub, məsciddə döşəmə istilik sistemi quraşdırılmışdır. Həmçinin" Süleymaniyyə " və "Səlimiyə" məscidlərində də bu sistemi Memar Sinan qurmuşdur.

Açıklama yok.

Dolmabağça sarayında isə qazla işləyən istilik sistemi istifadə olunub. Qaz kamerasında qızdırılan hava məsaməli sütunlar vasitəsilə yavaş -yavaş verilir, beləliklə də sarayı hər zaman isti saxlayırdı.

Atatürkün vəfat etdiyi Dolmabağçadakı otağına diqqətlə baxsaq, sağda və solda zərli qızdırıcının özəyini görmək olar. Buna baxmayaraq Qazinin xəstə olduğu vaxtlarda üşüdüyü xatirələrində qeyd olunub.

Tahirə Nur

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ