Ermənistana girişləri qadağan edildi - Paşinyana yumurta atdıqları üçün


"Bəzi şəxslərin Ermənistana girişinin niyə qadağan edildiyini dəqiq öyrənmək üçün Milli Təhlükəsizlik Xidmətindən soruşmaq lazımdır, amma bildiyimə görə, bu, bir hadisə ilə bağlıdır – Ermənistan bayrağını daşıyan avtomobilə fiziki hücum əlaqəli".

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Diaspor Komitəsinin baş komissarı Zare Sinanyan "Daşnaksütyun" partiyasının üzvü Njde Qaraqavoryanın ölkəyə girişinə qadağa qoyulmasına toxunarkən deyib.

Sinanyan qeyd edib ki, söhbət həm də eyni iş üzrə Ermənistana girişi qadağan olunmuş 4 nəfərdən gedir.

Məsələ 2021-ci ildə baş vermiş etiraz aksiyası ilə əlaqəlidir. Həmin il iyunun 1-də Fransada erməni etirazçılar Ermənistan Baş naziri Nikol Paşinyanın kortejinə yumurta və digər əşyalar atıblar.

Ötən il Fransadakı erməni diaspor təşkilatlarının rəhbərləri Murad Papazyan, Masis Abramyan və Hollandiyada fəaliyyət göstərən "Qaregin Njde" gənclər birliyinin üzvü Syune Abramyan Ermənistanda "arzuolunmaz şəxslər" kimi tanınıb. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ