Azərbaycanda qadın həyat yoldaşını pişiyə dəyişdi - VİDEO


Azərbaycanda Lətafət adlı qadın ərini pişiyə dəyişib.

Turkustan.az xəbər verir ki, bu barədə Baku.TV sujet yayımlayıb. Müxbirin suallarını cavablandıran qadın bildirib ki, həyat yoldaşı pişiklərə görə onun qarşısına "Ya onlar, ya mən" deyə şərt qoyub. Qadın pişikləri seçdiyini bildirib:

"Təbii ki, heyvanları seçdim. Çünki onların mənə ehtiyacı var. Heç də peşman deyiləm. Gün ərzində ən azı 30 manat pulum çıxır. 500 manat maaş alıram. Amma ayın axırı hesablayaram ki, pişiklərə aldIğım yemə görə 1800 xərcim çıxır. Mənim bank katlarım var idi, içində 2 min və 700 manat pul. Bu pulların hamısını xərcləmişəm".

Qadın bildirib ki, hazırda pişiklərə görə 8 min manat borcu var:

"Düşünmürəm ki, mənim borcum var, pişikləri atım. Hətta ac qalanda qızıllarımı 700 manata dəyər- dəyməzinə satdım, amma pişiklərimi ac qoymadım".


MANŞET XƏBƏRLƏRİ