ABŞ efirində Azərbaycana qarşı təxribatın qarşısı alındı


ABŞ-ın CBS audio şəbəkəsində yayımlanan "The John Batchelor Show" proqramında İranın Cənubi Qafqaz bölgəsində iğtişaşlar törətməyə cəhd etməsindən bəhs edilib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərində yaşayan cənubi azərbaycanlı, GunAz TV-nin rəhbəri Əhməd Obalı proqramın növbəti buraxılışının qonağı olub.

Müsahibə zamanı "Dağlıq Qarabağ"ın Qafqaz regionunda ayrıca muxtariyyət kimi təqdim edilməsinə Əhməd Obalı dərhal düzəliş edib.

Bildirib ki, aparıcının "Dağlıq Qarabağ" adlandırdığı bölgə Azərbaycanın tarixi və əzəli ərazisidir. Bu bölgə Azərbaycanın kənarında deyil, daxilində - müstəqil dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşir.
Ermənistanın işğalına qədər bu bölgənin əhalisinin təkcə ermənilərdən deyil, həm də azərbaycanlılardan ibarət olduğu vurğulanıb.

Bildirilib ki, Ermənistan məlum havadarlarının, o cümlədən İranın dəstəyi ilə 1990-cı illərin əvvəllərində Azərbaycanı torpaqlarının 20 %-ni işğal edib, 2020-ci ilin payızında öz torpaqlarını işğaldan azad etmiş müstəqil Azərbaycan dövləti hazırda bölgədə sülh və normallaşma prosesinin bərqərar olması istiqamətində ciddi səylər göstərir.

Birinci və İkinci Qarabağ müharibəsi dövründə İran İslam Respublikasının daim Ermənistanı dəstəklədiyi, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında maraqlı olmadığı nəzərə çatdırılıb.
Qeyd edilib ki, son vaxtlar İranın öz müttəfiqi Ermənistanla birlikdə bölgədə sülh prosesini pozmaq cəhdləri artıb. Çünki İran böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan əhalisinin narazılığından, eləcə də Azərbaycanın bölgədə və dünyada güclənən mövqeyindən çox narahatdır.

Müsahibəni linkdən izləmək mümkündür.


MANŞET XƏBƏRLƏRİ