Ukraynadan 24 fevral xəbərdarlığı: "Rusiya böyük hücuma hazırlaşır"


Rusiya Ukraynaya qarşı yeni və böyük hücuma hazırlaşır.

Turkustan.azxarici mətbuata istinadla xəbər verir ki. bu xəbərdarlıqla Ukraynanın müdafiə naziri Oleksii Reznikov çıxış edib. Onun sözlərinə görə, Rusiya bu hücumu müharibənin başladığı gün - fevralın 24-də edə bilər.

Reznikov deyib ki, Moskva minlərlə hərbçi toplayır və keçən il başlayan işğalın ildönümünü qeyd etmək üçün nəyəsə cəhd edə bilər.

Mümkün bir hücum Rusiya tərəfindən 23 Fevral Vətən Müdafiəçiləri Gününü qeyd etmək üçün bir fürsət olaraq görüləcək.

BBC-nin xəbərinə görə, O.Reznikov Moskvanın mümkün hücum üçün 500 minə yaxın əsgəri səfərbər etdiyini iddia edib.

Qeyd edək ki, ötən ilin sSentyabrında Rusiya prezidenti Vladimir Putin 300 minə yaxın hərbçidən ibarət ümumi səfərbərlik elan edib və bunun ölkənin "ərazi bütövlüyünü" təmin etmək üçün zəruri olduğunu bildirib. Lakin Reznikov iddia edib ki, Ukraynada yerləşdirilən əsgərlərin faktiki sayı bundan çox ola bilər.

"Onlar rəsmi olaraq 300 min nəfəri elan etdilər, lakin biz sərhədlərdə əsgərləri görəndə bu, bizim qiymətləndirməmizdən qat-qat artıqdır", - O.Reznikov Fransanın BFM kanalına deyib. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ