Ərdoğan konkret tələb qoydu - Bu ölkəyə "SOYUQ DUŞ"


Xəbər verdiyimiz kimi, İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib.

İsveçdəki qalmaqala ən sərt reaksiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib.

Turkustan.az xəbər verir ki, İsveçin üzünə NATO-ya üzvlük qapısını bağlayan Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxış edib.

Türkiyə lideri İsveçə növbəti dəfə açıq mesaj verib:

"İsveç, nə qədər ki, mənim müqəddəs kitabım olan Qurani-Kərimin yandırılmasına, cırılmasına icazə verəcəksən, biz də sənin NATO-ya daxil olmağına "hə" deməyəcəyik. Finlandiyanın NATO-ya daxil olmasına münasibətimiz müsbətdir".

Ərdoğanın sözləri İsveçdə soyuq duş effekti yaradıb. Ölkənin demək olar ki, bütün qəzet və televiziya kanalları Ərdoğanın açıqlamasına yer verib.

"Expressen" Türkiyənin NATO-ya üzvlük məsələsində İsveçə "yox" dediyini yazıb.

"Ərdoğan çərşənbə günü İsveçin NATO-ya üzvlüyü ilə bağlı mövqeyinə aydınlıq gətirdi", - məqalədə qeyd olunub.

İsveç mediası yazır ki, Türkiyə NATO prosesi zamanı İsveçin qarşısına konkret tələb qoyub. Quranın yandırılmasına icazə verildiyi müddətcə Türkiyə İsveçin NATO üzvü olmasına imkan verməyəcək. /Musavat.com


MANŞET XƏBƏRLƏRİ