Naxçıvanın sabiq prokuroru həbs olunub? - Rəsmi AÇIQLAMA


Bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, qeyd edilən məlumatlar təkzib edilib.

Quurmdan bildirilib ki, müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməyən, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır.

xxx

Bir neçə gün əvvəl işdən azad edilmiş Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Zəhmət oğlu Şahverdiyev həbs olunub.

Məlumata görə, o, işdən çıxarılan kimi, qandallanaraq Bakıya gətirilib.

Sabiq prokurorun hansı orqan tərəfindən saxlanıldığı, barədə məlumat verilmir.

Qeyd edək ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilməsi ilə bağlı Sərəncamı yanvarın 31-də imzalayıb. (bakupost.az)


MANŞET XƏBƏRLƏRİ